Dünən Amasiyada qəzaya düşən aktyor Sergen Dəvəçinin səhhəti yaxşıdır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyorun xəstəxanadan ilk görüntüləri yayımlanıb.
Görüntülərdə Sergenin xəstəxanada ilk olaraq iti Şerloku istədiyi və onu qucaqlayıdığı görünür. Məşhur aktyorun şüurunun aydın olması pərəstişkarlarını da sevindirib.
Qeyd edək ki, dünən turist mikroavtobusunun qəzaya düşməsi nəticəsində aktyorlar Tolqa Gülerüz, Burak Topçu və Özgür Karataş dünyasını dəyişib. Daha 3 nəfər - Melis İşiten, Ceyhun Fersoy və Sergen Dəvəçi isə ağır zəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Aytac Aslan



jpg-1671695310.webp)












