25 yaşlı ABŞ hərbçisi Aaron Buşnell İsrailin Vaşinqtondakı səfirliyi qarşısında "Fələstinə azadlıq" qışqıraraq özünü yandırıb.
Bakıvaxtı.az “TGRT Haber”ə istinadən xəbər verir ki, onun özünü yandırdığı zaman çəkilən görüntülər sosial mediada böyük əks-səda doğurub.
Görüntülərdə Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edib və başına benzin tökərək “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deyib.
Səfirlik polisi dərhal Vaşinqton Yanğın Departamentinin komandasına xəbərdarlıq edib.
A.Buşnell rayon xəstəxanasına aparılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Günəş Mərd
















