• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Güclü külək Goranboyda fəsadlar törətdi

HADİSƏ

26 Mart 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Güclü külək Goranboyda fəsadlar törətdi

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026