• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

HADİSƏ

25 Aprel 2024 | 10:13

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Aprelin 24-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 34 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR