• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəlilabadda sürüşmə: evlər təhlükə altındadır

HADİSƏ

26 Mart 2024 | 21:04 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda sürüşmə: evlər təhlükə altındadır

Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

Bir neçə gün ərzində yağan intensiv yağışlar sürüşmə fəallığını daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.

Sakinlər problemdən çıxış yolunun çay kənarında sahilbərkitmə işlərinin aparılmasında görürlər.

Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026