• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

QHT layihənin icrasını tamamladı

CƏMİYYƏT

13 Noyabr 2023 | 13:56 | Müəllif: Qalib İbrahimoğlu

QHT layihənin icrasını tamamladı

 “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB  daha bir layihənin icrasını tamamlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına həyata keçirilən “Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” layihəsi 4 ay ucra olunub.

Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətin təhlili aparılmış, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin real vəziyyətinin qısa təsviri hazırlanıb.

Tədqiqatın nəticələrinin 4 ali təhsil müəssisəsində - UNEC, ADPU, Qərb Universiteti və Azərbaycam Universitetində təqdimatı olub. Təqdimatlar iştirakçıların böyük marağına səbəb olub. Tədbirlərə 200 nəfərə yaxın iştirakçı qatılıb.

Layihə rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB həmtəsisçisi dos.İlham Əhmədovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026