• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qırmızı Körpü”də gözləyən avtomobillərin sayı artıb

CƏMİYYƏT

13 Dekabr 2023 | 12:38

“Qırmızı Körpü”də gözləyən avtomobillərin sayı artıb

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1390 avtomobil gözləyir.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Anzirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu ötən günə nisbətən gözləyən avtomobillərin sayında 105 avtomobil artımı deməkdir.

Qurumun açıqlamasında deyilir ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirilir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026