• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qışda İSTİ ÇAY içmək xərçəng riski yaradır

CƏMİYYƏT

12 Yanvar 2024 | 12:10

Qışda İSTİ ÇAY içmək xərçəng riski yaradır

Qışda istehlak edilən isti içkilər 65 dərəcədən aşağı olmalıdır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu qastroenterologiya mütəxəssisi Prof. Dr. Vedat Göral deyib.

Həkim sahlep, isti şokolad, qəhvə, mirra, isti süd, boza, kapuçino, çobanyastığı, cökə, zəncəfil, şüyüd çayı kimi bitki çaylarının ilıq içilməli olduğunu bildirib: "İsti çay, xüsusilə 65 dərəcədən yuxarı temperaturda hər gün çox miqdarda istehlak edildikdə, ilkin olaraq, yemək borusunda yanma, eroziya və qıcıqlanma ilə ortaya çıxan özofagit xəstəliyinə səbəb olur. Əgər çayı isti içməyə davam etsəniz, bu, bağırsaqlarda xərçəng riski yaradır. Sonrakı illərdə özofagus, qırtlağın zədələnməsinə və diş çürüklərinə səbəb olur".

Onun sözlərinə görə, həddindən artıq istilik diş səthindəki qoruyucu quruluşu qalıcı olaraq məhv edir və rəngin dəyişməsinə səbəb olur: "Siqaret çəkənlər çox isti çay qəbul etdikdə xərçəng riski 2 dəfə, həm siqaret, həm isti çay, həm də spirtli içki qəbul etdikdə isə risk 5 dəfə artır. Əlavə olaraq, güclü ağrıkəsiciləri də isti içkilərlə birlikdə qəbul etmək olmaz”.

"İsti içkilər davamlı karton stəkanlarda istehlak edildikdə tərkibində olan plastik və kimyəvi maddələr içkiyə keçərək orqanizmimizdə pozulmalara səbəb olur. Uşaq və gənclərdə diqqət çatışmazlığı və davranış pozğunluqlarına, bəzi infeksiyalara və immun pozğunluqlara səbəb olur", - deyə Prof. Dr. Goral vurğulayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026