• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pul aldı, hərbi xidmətə yararsız yazdı - Cərimələndi

CƏMİYYƏT

12 Yanvar 2024 | 10:59

Pul aldı, hərbi xidmətə yararsız yazdı - Cərimələndi

Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, 1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilmişdi./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026