Hər dəfə ölkənin tanınmış şəxsləri vəfat edəndə onların Fəxri Xiyabanda dəfn edilməsi ilə bağlı mübahisəli məqamlar ortaya çıxır.
Qaydalara görə kimlər Fəxri Xiyabanda dəfn edilə bilər? Bu qaydalar nəyə əsasən müəyyən olunur?
Bakıvaxtı.az məsələni araşdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, Fəxri Xiyabanda dəfn olunmağa Sovet dövründən qalan bir ənənənin davamı kimi baxılır. Onun sözlərinə görə, bu barədə rəsmi instansiyalar, müvafiq icra qurumları qərar verir: “Qeyd edim ki, Fəxri Xiyabanda sadəcə ümumi prinsiplər əsasında nüfuzlu dövlət təltifi olan tanınmış şəxslər dəfn olunur”.
Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən Bakıvaxtı.az-a verilən məlumata görə, vəfat edən tanınmış şəxslərin Fəxri Xiyabanda dəfn olunacağı yeri qurum müəyyən etsə də, qərarı Mədəniyyət Nazirliyi verir: “Mədəniyyət Nazirliyi bununla bağlı bizə müraciət etdikdən sonra prosesin icrasına başlayırıq”.
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın Bakıvaxtı.az-ın sorğusuna cavabı belə olub: “Bu məsələyə yanaşma birmənalı deyil”.
Günəş Mərd








jpg-1707593325.webp)
jpg-1707590729.webp)


jpg-1707589670.webp)



