• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qobustanda “patı” satan qadın saxlanıldı

CƏMİYYƏT

22 Iyul 2021 | 12:12

Qobustanda “patı” satan qadın saxlanıldı

Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə- metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026