• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanlı əmioğlular Rusiyada qəzaya düşərək öldülər

CƏMİYYƏT

20 Avqust 2021 | 22:18 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı əmioğlular Rusiyada qəzaya düşərək öldülər

Əslən Zərdab rayonundan olan və uzun müddət Rusiyanın Saratov şəhərində yaşayan əmioğlular - Elvin və Anar Qarayevlər yaşadıqları şəhərdə ağır yol qəzasına düşüblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki əmioğlu aldıqları xəsarətlərdən, biri hadisə yerində, digəri isə bir qədər sonra dünyasını dəyişib.

Məlumata görə, qəzada ölən A.Qarayevin qardaşı Rövşən Qarayev də avtomobildə olub və ağır xəsarət alıb. Onun bir neçə həftə öncə toyu olduğu bildirilir.

Hadisə zamanı ölən əmioğluların Zərdab rayonunun Sarıqaya kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, ölən şəxslərin valideynləri Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026