• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsmayıllıda qaydaları pozan sürücülər cərimələnib

CƏMİYYƏT

19 Sentyabr 2021 | 15:23 | Müəllif: Subhan Mahmudov

İsmayıllıda qaydaları pozan sürücülər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 40-a yaxın sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR