"İnsanları qorxutmaq yolu ilə bu məsələni həll etməliyik".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Qohum nikahları ilə bağlı” ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, bəzən cəmiyyətə rəğmən müəyyən addımalrın atılması vacibdir. Deputat bildirib ki, dövlət bunu strateji təhülkə kimi görürsə, qadağa qoyulmaldıırsa, qoyulsun.
“Azərbaycanda maarifçilik aşağıdır. Bunun mahiyyətini müzakirə etsək, insan haqları ilə ziddiyyət təşkil edir. İnsan qohumunu da sevə bilər. Lakin strateji baxımdan dövlər müdaxiıə etməlidir. Cəmiyyətin bir çoxu cəhalətlə yaşayır. Bunu dəyişmək dövlətin də əlində deyil. İçi mən qarışıq çəpərimizdən özümüzü göstərmək istəməyən cəmiyyətik. Kənd yerlərdində bu addım səviyyəsi daha çoxdur”.
F.Mustafa prezident seçkilərində namizəd kimi mədəniyyət evlərində görüşlər keçirdiyini xatırladaraq bildirib ki, həmin mədəniyyət evlərinin heç birində isitmə sistemi yoxdur:
“Bu da o deməkdir ki, o mədəniyyət evləri fəaliyyət göstərmir. Məktəbdə deyən yoxdur ki, sabah qohum evliliyindən şikəst uşağın olacaq. Bir qohum nikahı, bir də bölgə nikahı üzrə işlənilməlidir. Başqa millət, xalq, dindən olan biri ilə evlənənlərə də lağ edirlər. Kimsə gedir xaricdə işləyir, anası çağırır ki, gəl, bibin qızını al, tək qalmışam. Gəlir evlənir, qoyur anasının yanına, gedir xaricdəki həyatına, ailəsinə”.
Deputat cəmiyyətlə açıq dialoqa keçilməsini tərəfdarı olduğunu deyib:
“Dilimiz xürafat dilidir. Bəzən yola vermək, diqqətdən kənarda saxlamaq bizi məğlubiyyətə aparır. Qadının sosiallaşma yeri haradır? Xınayaxdı tədbirləri keçirilir. Qadının sosiallaşma yeri bu tədbirlərdir ki, geyinsin, oynasın. Ancaq əvvəllər belə deyildi. İndi təmas darlığı var. İndi kimsə kiminsə zəmanəti ilə kiminləsə evlənməlidir. 600-800 boşanma elə qohumlar arasındadır. Dövlət müzakirə belə etmədən bu addımı atmalıdır. Problemi aradan qaldırmaq istəməyən xalqı dövlət tərbiyələndirməlidir".
Aytac Aslan







jpg-1712813597.webp)








