• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ancaq bu şəxslər təmənnasız olaraq orqan bağışlaya bilər

CƏMİYYƏT

01 May 2024 | 15:12

Ancaq bu şəxslər təmənnasız olaraq orqan bağışlaya bilər

Azərbaycan Respublikası qanunvericiliyinə görə ancaq yaxın qohumlar təmənnasız olaraq orqan bağışlaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin canlı yayımında deyib.

Onun sözlərinə görə, əgər uzaq qohumdusa, dostdursa, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən həmin insanların sənədlərə baxırılır və etika komissiyasına göndərilir:

"Etika komissiyası Səhiyyə Nazirliyinin nəzdində yerləşir. Burda həmin sənədlər araşdırılır. Onların bir-birindən maddi və mənəvi asıllığının olub-olmaması müəyyən edilir. Yalnız bundan sonra komissiya tərəfindən həmin insanın donor olub-olmamasına icazə verilir və ya rədd edilir".

Y.Abbasova bildirdi ki, Etika komissiyası 2023-cü ildə Səhiyyə Nazirliyinin nəzdində yaradılıb və 5 üzvü var ki, onlardan yalnız 1-i Səhiyyə Nazirliyinin üzvüdür. Digər üzvlər hüquqşünaslar, İnsan Alveri ilə Mübarizə İdarəsinin nümayəndəsi, Qeyri Hökümət Təşkilatınının nümayəndəsi, psixoloqdur.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR