• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əhali arasında yayılan XƏSTƏLİK NƏDİR?

CƏMİYYƏT

18 Yanvar 2024 | 16:26

Əhali arasında yayılan XƏSTƏLİK NƏDİR?

Hər il olduğu kimi, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.

"Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması, hər zamankı kimi, gözləniləndir. Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir", - deyə əlavə edilib.

İnfeksionist Ləman Qalimova isə bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, sözügedən xəstəlik müxtəlif infeksiyalarla bağlı ola bilir:

“Müraciət edənlər daha çox boğaz ağrısı, öskürək, əzələ ağrısından şikayətlənirlər. Müşahidə edilən bu xəstəlik həm bakterial, həm də viral ola bilər. Ona görə də mütləq şikayətləri olduqda ilk növbədə həkimə müraciət etməlidirlər ki, həkim doğru diaqnoz qoya bilsin.

Qarşısını almaq üçün insanlar profilaktik olaraq qidalanmalarına fikir verməlidirlər. Hansı infeksion xəstəliklərin vaksinasiya varsa, onların vaksinasiyasını etməlidirlər. Təmiz havada gəzməli, vaxtlı-vaxtında qidalanmalıdırlar. Meyvə tərəvəzlərdən də bol istifadə etmək lazımdır”.

Ləman Qalimova: koronavirusun AY.4.2 mutasiyasına yoluxan şəxs bir dəfəyə 9-10 nəfəri yoluxdura bilər - AZƏRTAC

İnfeksionistin sözlərinə görə, evdə qətiyyən antibakterial dərmanlar qəbul edilməməlidir:

“Ola bilər ki, bu viral xəstəlikdir antibiotik ona heç bir təsir etməyəcək. Antibiotikin cavabını gözlədikləri müddətdə də xəstə gecikə bilər. Maskalardan istifadə etmək və əlləri tez-tez yumaqla bakterialardan qorunmaq olar”.  

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026