• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakıda divarlara şüarlar yazanlar saxlanıldı

CƏMİYYƏT

17 Fevral 2024 | 14:50

Bakıda divarlara şüarlar yazanlar saxlanıldı

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər  – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar. 

Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər. 

DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. 

Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir.

“Telegram” platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026