Beynəlxalq Futbol Federasiyasının ( FİFA ) prezidenti Canni İnfantino Türkiyə milli çempionatının “Trabzonspor”–“Fənərbaxça” matçından sonra azarkeşlərlə futbolçular arasında davaya görə Türkiyə hakimiyyətinə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Instagram”da yazıb.
“Mən aidiyyəti qurumları, Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsuliyyət daşıyanları əməllərinə görə məsuliyyətə cəlb etməyə çağırıram”.
Meydan sahiblərinin 2:3 hesabı ilə məğlub olduğu qarşılaşma Trabzonda baş tutub. Final fitindən sonra meydana çıxan azarkeş kütləsi rəqib komandanın futbolçularına hücum edərək, onlara butulka ataraq əlbəyaxa davaya səbəb olub. Hakimlər vəziyyəti sakitləşdirənə qədər futbolçular paltardəyişmə otağında qalıblar.
Türkiyə Futbol Federasiyası (TFF) hadisəni araşdıralacağını açıqlayıb. Günahkarların cəzalandırılacağı qeyd edilir.
Qeyd edək ki, bu, Türkiyədə baş verən ilk belə hadisə deyil. 2023-cü il dekabrın 12-də 15-ci turun “Ankaragücü” – “Rizespor” (1:1) oyununda “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melerə hücum etməsindən sonra TFF ölkə çempionatını müvəqqəti dayandırmışdı.
Hakim qazona atılaraq xəstəxanaya aparılıb.
Günəş Mərd





jpg-1713345223.webp)










