• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DMA Böyük Britaniyada Mükəmməllik Sertifikatına layiq görüldü

CƏMİYYƏT

18 Mart 2024 | 13:08 | Müəllif: Qalib İbrahimoğlu

DMA Böyük Britaniyada Mükəmməllik Sertifikatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti beynəlxalq uğur əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən Mükəmməllik Sertifikatına layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, Texnologiya və Məlumat Analizindən Ən Yaxşı İstifadə” və “İnnovasiya” nominasiyası üzrə ətraflı təhlil edilib. 

Müsabiqənin peşəkar münsiflər heyəti tərəfindən ƏMAS yüksək dəyərləndirilib və Agentliyə yerli dövlət xidmətlərinin transformasiyasında əhəmiyyətli yeniliklərə görə Mükəmməllik Sertifikatı təqdim edilib.

ƏMAS əmək və məşğulluq sahəsi üzrə xidmətlərin e-qaydada təqdim edildiyi, rəqəmsal kadr uçotunun qurulduğu, insan resurslarının effektiv idarə edilməsinə və əmək bazarına e-sistem üzərindən çevik və effektiv nəzarətə imkan yaradan vahid elektron platformadır.

Bundan əvvəl də ƏMAS bir sıra beynəlxalq mükafatlara layiq görülüb, habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu - 2023”-də e-sosial.az portalı ilə birgə  ƏMAS da “Çempion layihə” mükafatına layiq görülüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026