• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sərçələr siyahıya alınacaq

CƏMİYYƏT

18 Mart 2024 | 12:53

Sərçələr siyahıya alınacaq

Pakistanın Karaiçi şəhərində sürətlə azalan sərçələrin sayına görə siyahıyaalma aparılacağı bildirilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, siyahıyaalmanın bir hissəsi olaraq Pakistandakı vəhşi təbiət rəsmiləri, təxminən, 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu xüsusi yerlərə diqqət yetirəcəklər.

Sind əyalətinin vəhşi təbiət xidmətinə cavabdeh olan Caved Mahar siyahıyaalmanın nəticələrinin martın 20-də açıqlanacağını bildirib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Pakistan şöbəsinin texniki müşaviri Məhəmməd Moazzam Xan bildirib ki, son 20 ildə Kəraçidə sərçələrin sayı 60-70% azalıb.

Bir yerdə çoxlu sərçənin olmasının oradakı havanın keyfiyyətinin yaxşı olduğunu göstərdiyini ifadə edən Xan "Sərçələr bir yeri tərk edirsə, bu, oradakı hava keyfiyyətinin həyəcanverici dərəcədə azaldığı anlamına gəlir" deyib.

Planlaşdırılmamış urbanizasiya və ətraf mühitin çirklənməsi sərçələrin yaşayış yerlərinin kiçilməsinə və bu quş növünün azalmasına səbəb olur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026