• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İdxal artır: ƏT BAHALAŞACAQ?

CƏMİYYƏT

18 Mart 2024 | 14:16

İdxal artır: ƏT BAHALAŞACAQ?

 2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. Bununlada, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı isə 1,5 faiz azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Bəs ət istehsalının azalması ətin ölkə bazarındakı hazırkı satış qiymətlərinə necə təsir edəcək?

Eldəniz Əmirov: Bir yandan tələbin artması, digər yandan istehsalın azalması ət idxalının həcmini artırır

İqtisadçı ekspert Eldəniz Əmirov bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, ət istehsalında qeydə alınan 1,5 faiz azalma o qədər də böyük göstərici deyil:

“Amma tələbin artdığını nəzərə alqıqda buna geniş miqyaslı azalma deyə bilərik. Tələb digər istiqamətlərdə, o cümlədən əhalinin sayının artması fonunda artır”.

Onun sözlərinə görə, bir yandan tələbin artması, digər yandan istehsalın azalması təbii ki, ət idxalının həcmini artırır.

“Bu isə qiymətlərə öz mənfi təsirlərini göstərəcək”.

Kənd təsərrüfatı istehsalının artım tendensiyasının növbəti illərdə də davam edəcəyi gözlənilir - Ekspert

Cəfər İbrahimli: Ət son bir ildə kifayət qədər bahalaşıb, bu il artımın olacağını gözləmirəm

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli isə Bakıvaxtı.az-a ölkəmizə ət idxalının artmasının səbəblərindən danışıb.

Ekspert bildirib ki, son illər heyvanların yem bazasını təşkil edən məhsulların qiymətinin qalxmasına görə həm südçülük, həm də ət istehsalı sərfəli olmadı, örüş, otlaq əraziləri, ot örtüyü iqlim dəyişikliyindən zərər çəkdi. Buna görə, damazlıq heyvanlar vaxtından əvvəl kəsimə getdi:

“Bütün bunlar ölkədə ət istehsalını azaltdı. Eyni zamanda 2-3 ay əvvəl Dövlət Statistika Komitəsi özünün də açıqladığı rəsmi rəqəmlərdə ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının 7-9 faiz aşağı düşdüyü qeyd olunmuşdu. Dolayısı ilə heyvan baş say azaldığına görə ət istehsalının ölkə daxilində ət istehsalının aşağı düşməsi normal haldır”.

Ekspertin sözlərinə görə, ölkədə ət qiymətləri son bir ildə kifayət qədər artıb:

“Bu il bundan artıq artımın olacağını gözləmirəm. Ətin ilin sonundakı qiymətini isə heyvanların baş sayındakı artım və ya iqlim şəraiti müəyyənləşdiriəcək”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR