Qubada paraşütçü uçuş zamanı qəza edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qırız Dəhnə kəmdində baş verib.
Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti alan Ş.Mehdiyev travmatik şokdan ölüb.
Faktı Quba rayon Prokurorluğu araşdırır.
















