• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Qubada zəncirvari qəza - Xəsarət alanlar var

HADİSƏ

15 Noyabr 2022 | 10:56

Qubada zəncirvari qəza - Xəsarət alanlar var

Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı avtomobil yolun kənarında dayanan “Mercedes” markalı digər avtomobilə, daha sonra isə traktor qoşqusuna çırpılıb.

Hadisə nəticəsində Quba rayon sakinləri, 1986-cı il təvəllüdlü Mustafayev Rahim Mehman oğlu, 1971-ci il təvəllüdlü Məcidov Nəbi Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Məlikov Murad Çıraqalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026