• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Qubernator İlham Əliyevi təbrik etdi

SİYASƏT

29 May 2024 | 18:53 | Müəllif: Subhan Mahmudov

Qubernator İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması güclü müstəqil dövlətin inkişafının bünövrəsini qoydu.

Böyük tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bu gün iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanır, regionda və dünyada xarici siyasət mövqelərini möhkəmləndirir. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qüdrətli və inkişaf edən dövlətə çevrilib.

Bu əlamətdar gündə xalqınız yeni Azərbaycanın təşəkkül tapması, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün çox işlər görmüş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin xatirəsini ehtiramla anır.

Sankt-Peterburq iyirmi ildən artıq müddətdə uğurla inkişaf edən Azərbaycan Respublikasındakı tərəfdaşları ilə etimad və qarşılıqlı hörmət əsasında konstruktiv dialoqu yüksək qiymətləndirir.

Əminəm ki, bu yaxınlarda Sankt-Peterburqun Bakıda mədəni-işgüzar missiyası ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əldə olunmuş razılaşmalar Peterburq-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.

Azərbaycana tərəqqi, ölkənin sakinlərinə sülh və əmin-amanlıq arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026