• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"

CƏMİYYƏT

28 Mart 2023 | 23:27 | Müəllif: Subhan Mahmudov

Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"

"Millət vəkilinə atəş açılması ağır hadisədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu report-a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasını alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026