• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Quş qripi" ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

DÜNYA

26 Iyul 2024 | 16:00

Quş qripi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos, Edo, Bayelsa, Delta, həmçinin ölkə ərazisinin digər ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

    Bakıvaxtı.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bununla əlaqədar adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2024