Mən AEBA-nın mühüm tərəfdaşı olan Ermənistanda 2 günlük səfərdəyəm. Nüvə enerjisi Ermənistanın iqtisadiyyatında vacib rola malikdir. Biz Baş nazir Paşinyanla ölkənin cari və gələcək nüvə enerjisi planları haqqında maraqlı söhbət etdik.
Bakıvaxtı.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi "Twitter"də bildirib.
O, AEBA-nın Ermənistanın nüvə enerjisi proqramının təhlükəsizliyini dəstəklədiyini deyib.
















