Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun tarixinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı hücumçu klub tarixinin ən bahalı transferi olub.
1-ci liqa təmsilçisi onun keçidi üçün Tailandın “Buriram Yunayted” klubuna 800 min avro ödəyib. Bununla da Ramil “Kocaelispor”un ən bahalı transferi adına yiyələnib.
Düzdür, “Kocaelispor” bunadək iki futbolçu üçün də eyni məbləği ödəyib. 1996/97 mövsümündə Ahmet Dursun, 1997/98 mövsümündə isə Ahmed Hassan üçün 800 min xərcləyib. Lakin avronun kursunu nəzərə alınmaqla Ramilin keçidi klubun yeni rekord kimi tarixə düşüb.
Qeyd edək ki, Şeydayev Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
















