• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Rəhim Əsədova HÖKM OXUNDU

HADİSƏ

15 Yanvar 2025 | 11:35

Rəhim Əsədova HÖKM OXUNDU

Bakıda həmyaşıdı Rəşid İmanovu qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2024-cü il iyunun 14-də Bakının Sabunçu rayonu ərazisində baş verib.

İttihama görə, 2006-cı il təvəllüdlü Rəhim Əsədov rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı intim əlaqədə olduğu Rəşid İmanova bıçaqla xəsarət yetirərək öldürüb.

Rəhim Əsədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.


SON XƏBƏRLƏR