İran Pezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər müştərək əməkdaşlığın, xüsusilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasının vacibliyini bidiriblər.
Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".
Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışan İran Prezidenti bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək. Rəisi vurğulayıb ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. "Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”, - deyə İ.Rəisi bildirib
Türkiyə Prezidenti dəTehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zəruriliyini deyib. Ərdoğan bildirib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.
Ramid İbrahimov
















