• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Kreml Paşinyanın devrilməsində maraqlı olsa, KTMT yerindən tərpənməyəcək" - Politoloq

DÜNYA

07 Yanvar 2022 | 16:17 | Müəllif: Qalib İbrahimoğlu

"Kreml Paşinyanın devrilməsində maraqlı olsa, KTMT yerindən tərpənməyəcək" - Politoloq

“İrəvanın ağzı sulanıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini bu sözlərlə tərifləyib: “Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər”. Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: “Ümid edirik ki, oxşar durum yaranarsa təşkilat Ermənistana dəstək olacaq””.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

Bu cümlənin ikibaşlı ifadə daşıdığını vurğulayan deyən politoloqa görə, görünür, Qriqoryan KTMT-nin Ermənistanı Azərbaycandan qorumasına işarə edib: "Ancaq təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, “bu müharibə bizlik deyil” deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədi. Onlarlıq məsələ yox idi, Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Hazırda Azərbaycan Ermənistanla sərhədini müəyənləşdirməyə çalışır ki, buna KTMT müdaxilə edə bilməz".

E.Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyətini və cəmiyyətini o yandırır ki, təşkilat Qazaxıstan prezidenti Tokayevin kömək istəyinə dərhal müsbət reaksiya verdi, onların çağırışları isə qulaqardına vuruldu: "Məsələ burasındadır ki, dəstək qərarı təşkilatlıq məsələ deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin hərbçilərinin Qazaxıstana göndərilməsi qərarı Kremldə verilib, o birilər isə bu qərarı yerinə yetirmək məcburiyyətində qalıblar”.

Politoloq deyir ki. Armen Qriqoryanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oxşar durumda Ermənistana dəstək ola bilər” ifadəsinin başqa mənası da var. Deiyinə görə, təşkilat Qazaxıstanı hansısa xarici hücumdan deyil, yerli hakimiyyəti ona hücum edənlərdən qoruyur. Belə çıxır ki, bir gün Ermənistanın hazırkı hökumətini və baş nazir Nikol Paşinyanı radikal müxalifət, o cümlədən “Qarabağ klanı” devirmək istəyərsə, Qriqoryanın məntiniqə görə, KTMT onların da köməyinə çatmalıdır. Ancaq bunun üçün Qazaxıstanda olduğu kimi banklara və dükanlara hücum edilməli, silahlı qarşıdurmalar qeydə alınmalıdır. Əslində yerli hakimiyyəti qorumaq üçün bəhanə tapmaq çətin məsələ deyil. Əgər Kreml Paşinyanın və hökumətin devrilməsində maraqlı olacaqsa KTMT yerindən tərpənməyəcək”, - deyə E.Şahinoğlu bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR