Kazan Federal Universitetinin rektoru İlşat Qafurov həbs edilib.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki. bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb
Xəbərə görə, məhkəmə istintaqın vəsatətini təmin edib və İlşat Qafurov barəsində həbs-qətimkan tədbiri seçilib.
Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb.
Rektor bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb.
Onun mütəşəkkil cinayətkar qruplardan biri ilə yaxınlığı da ehtimal edilir.















