"Hazırda müalicəm ev şəraitində davam edir. Vəziyyətim normaldır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müailcəsi başa çatıb evə buraxılan Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyib.
Səhhətindən danışan R.Kərimoğlu qeyd edib ki, iylun 5-də 38 dərəcə istiliklə yanaşı ayaqlarında yaranmış vəziyyətlə bağlı qazi, TƏBİB-də çalışan həkim İmran Qurbanova müraciət edib: "O da dərhal xəstəxanaya yerləşdirilməmin vacibliyini bildirdi. Elə hımin gün də - iyulun 5-də hər iki ayağımda damar mənşəli xəstəlik diaqnozu (Qızıl yel) ilə Akademik Mirqasımov adına Rüspublika Klinik Xəstaxanasınınn II Cərrahiyyə şöbəsinə yerləşdirilməyimə kömək etdi. Şöbə müdiri, həkim-cərrah, professor hörmətli Sahib Hüseynov özü məni qəbul etdi.
S.Hüseynovun və tibbi personalın ciddi müainə və müalicəsindən sonra ayağımda kəskinləşmə dayandı. Yaranmış problem azalmağa başladı".
Onun sözlərinə görə, iyulun 12-də öz xahişi və həkimlərin razılığı ilə müalicəsinu ev şəraitində, yataq rejimində davam etdirməyə başlayıb.
Murad Məmmədli
















