• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

RMİD jurnalistləri bir araya topladı

MEDİA

18 Iyul 2024 | 09:24

RMİD jurnalistləri bir araya topladı

Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir keçirib.

Bakıvaxtı.az xəbər verir ki, səhər yeməyi masası ətrafında təşkil olunan görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıb.

Tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib.

Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır.

"Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə, gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar.

Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024