• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldonu təhqir etdiyi üçün cərimələndi

İDMAN

31 Iyul 2021 | 01:13 | Müəllif: Subhan Mahmudov

Ronaldonu təhqir etdiyi üçün cərimələndi

Portuqaliya Futbol Federasiyası "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda təhqiramiz ifadələr səsləndirən "Draqao" stadionunun diktoru Fernando Saulu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. F.Saul ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında "Portu"nun Turin təmsiçisinə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra  sosial şəbəkələrdə yazıb: "İtalyan oğrulardan intiqam aldıq. Donuz Ronaldodan "Draqau"da etdiklərinə görə intiqam aldıq. Doloresdən (Ronaldonun anası - red)  bir video gözləyirəm".

Diktor bu yazdıqlarına görə 1430 avro məbləğində cərimələnib.

Xatırladaq ki, "Portu" "Yuventus"la görüşlərdə iki oyunun nəticəsinə əsasən (2:1, 2:3) səfər qolu sayəsində 1/4 finala yüksəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026