Rusiya Estoniya ilə sərhədi bağlamağı planlaşdırmır.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfində Estoniya ilə sərhəddəki keçid məntəqələri fəaliyyətini davam etdirir, sərhədin bağlanması planlaşdırılmır:“Estoniyadan tamamilə etibarsız məlumatların yayılmasını nəzərə alaraq, ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, Rusiya tərəfindəki sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir, Rusiya sərhədi bağlamağı planlaşdırmır, ölkəmiz qanunla müəyyən edilmiş qaydada istədikləri qədər qonaq qəbul etməyə hazırdır".
O, əlavə edib ki, Estoniya sosial şəbəkələrində və KİV-də Rusiyanın sərhədi bağlaması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.