• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Rusiya-Finlandiya müharibəsi başlaya bilər?

SİYASƏT

06 Aprel 2023 | 17:56 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya-Finlandiya müharibəsi başlaya bilər?

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Finlandiya NATO-nun 31-ci üzv dövləti kimi təsdiq olunub. Bu isə Rusiyanın qıcıqlanmasına və Finlandiyaya hədə-qorxu gəlməsinə səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar Rusiyanın cavab tədbirləri görəcəyini bildirib. Belə ki, Finlandiyanın Alyansa daxil olması ilə əlaqədar Rusiya təhdidlərin qarşısını almaq üçün hərbi-texniki və digər tədbirlərlə cavab verməyə məcbur olacaq.

Nazirlik eyni zamanda qeyd edib ki, üzvlüklə bağlı nəticələr Finlandiya ilə Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyə bilməz.

"Finlandiya NATO-nun üzvü olan kiçik, qərarsız ölkələrdən birinə çevrilib və eyni zamanda beynəlxalq məsələlərdə öz sözünü itirib. Bu qərarla ölkə nəhayət öz müstəqilliyindən və öz kimliyindən üz döndərdi", - XİN-dən bildiriblər.

Rusiyanınmüdafiə naziriSergey Şoyquisə FinlandiyanınNATO-yadaxilolmasınınxüsusihərbi əməliyyatınnəticələrinə təsiretməyəcəyiniqeydedib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.

Baş verənlər yeni bir müharibəyə səbəb ola bilərmi?

Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, NATO-nun Finlandiyaya gəlməsi, birbaşa Rusiyanın ərazisinə girməsi kimi bir şeydir:

“NATO-nun Finlandiyaya gəlməsi o deməkdir ki, Rusiyaya ən yaxın nöqtədədir. Yəni Rusiyanın qorxduğu başına gəldi. Onlar o boyda Ukrayna ərazisini işğal etdilər ki, NATO ora gəlib çıxmasın. Lakin gözləmədikləri halda, NATO Rusiyanın qulağının dibinə gəldi”.

Onun sözlərinə görə, birmənalı şəkildə, Finlandiya elə yerdədir ki, NATO-nun orda olması Rusiyanın xeyirinə deyil: “Düzdür, Rusiya hədə gəldi, lakin nə edə bilər ki?!”

C.Nuriyev qeyd edib ki, indi əsas NATO-ya lazımdır ki, onun üzvlərindən birinə hücum olunsun:

“Rusiya istəsə də, istəməsə də NATO ilə hesablaşmaq məcburiyyətində qalacaq, ya da əks təqdirdə gərək üçüncü dünya müharibəsinə bilet kəsə. Lakin indiki şəraitdə bu, Rusiyaya sərf eləmir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR