• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Rusiya ilə sərhəd minalanır

DÜNYA

06 Sentyabr 2023 | 10:17

Rusiya ilə sərhəd minalanır

Latviya Rusiya ilə sərhədə tank əleyhinə minalar basdırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviyanın yenilənmiş dövlət müdafiə konsepsiyasında qeyd olunub.

Konsepsiyada ölkənin şərq sərhədinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Latviyanın Rusiya ilə sərhədində tank əleyhinə minalar yerləşdirilməsi və digər mühəndislik həlləri nəzərdə tutulur.

Konsepsiya Latviyanın müdafiə naziri İnara Murnietse təqdim olunub. O, sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə daxil olduğunu, lakin Müdafiə Nazirliyinin də sərhədlərin gücləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı fikirlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Latviya, Litva və Polşa avqustun əvvəlində "kritik vəziyyətdə" Belarusla sərhədi bağlama mexanizmini razılaşdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR