• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Rusiya Müsəlmanları Ruhani idarəsi çoxarvadlılıqla bağlı verdiyi fətvanı geri götürdü

DÜNYA

24 Dekabr 2024 | 14:19

Rusiya Müsəlmanları Ruhani idarəsi çoxarvadlılıqla bağlı verdiyi fətvanı geri götürdü

Rusiya Müsəlmanları Ruhani İdarəsinin ölkədə çoxarvadlılığa icazə verilməsi ilə bağlı fətva verməsi böyük səs-küyə səbəb olub.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası (alimlər və ilahiyyatçılar) müsəlmanlara dördə qədər dini nikah bağlamağa icazə verib.

    İdarənin sədr müavini, Moskva müftisi İldar Alyautdinov bildirib ki, ərin bütün arvadlarla eyni rəftar etməsi şərti ilə çoxarvadlılığa icazə verilir.

    Məlum fətva Rusiya cəmiyyətində böyük rezonansa səbəb olub. Məsələ Baş Prokurorluq qarışıb.

    Baş Prokurorluq Rusiyada çoxarvadlılığın qanuna zidd olması ilə bağlı RF Müsəlmanları Ruhani İdarəsinə xəbərdarlıq edib.

    Bildirilib ki, Rusiya Federasiyasının Ailə Məcəlləsinə əsasən, ər-arvaddan biri artıq başqa bir nikahdadırsa, nikahı qadağan edir. Dini qurumlar bu qanunu poza bilməz.

    Baş prokurorluğun məlum xəbərdarlığından sonra Rusiya Müsəlmanlarının Ruhani İdarəsi çoxarvadlılığa icazə verən fətvanı geri götürüb..

    "Bu, Allahın istəyidir və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası mübahisəyə girməyin mənasını görmür", - deyə idarədən verilən açıqlamada qeyd olunub.


    SON XƏBƏRLƏR

    24 Dekabr 2024