• Bakı C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Rusiya qabaqcıl dronların istehsalında ABŞ-ni geridə qoyub - KİV

DÜNYA

12 Aprel 2026 | 19:04

Rusiya qabaqcıl dronların istehsalında ABŞ-ni geridə qoyub - KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı rəsmilər hesab edirlər ki, Rusiya qabaqcıl pilotsuz uçuş aparatları (PUA) istehsal edə bilən imkanların inkişafında ABŞ-ni geridə qoyub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə The New York Times (NYT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton Çini yeganə hərbi rəqibi kimi görürdü. Lakin Ukrayna münaqişəsi zamanı Rusiya süni intellektdən istifadə edənlər də daxil olmaqla, qabaqcıl texnologiyalara malik dronlardan istifadə etməyə başlayıb ki, bu da Amerika kəşfiyyatını "həyəcanlandırıb". 

Bundan əlavə, qəzetin hesabatında qeyd olunur ki, Çin bəzi sahələrdə açıq-aydın liderlik edir: "Çünki o, Pentaqonun müqayisə edə bilmədiyi miqyasda muxtar silah sistemləri istehsal edə bilir".

Aynur Babazadə


SON XƏBƏRLƏR