• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Türkiyənin tələbi ilə humanitar dəhliz açdı

DÜNYA

03 Aprel 2022 | 11:15

Rusiya Türkiyənin tələbi ilə humanitar dəhliz açdı

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti əsasında Mariupolda olan əcnəbi vətəndaşların təxliyyəsinə yardım edəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.

General-polkovnik vurğulayıb ki, Rusiya Ukraynanın təhlükəli bölgələrindən mülki əhalinin və əcnəbilərin təxliyəsi üçün məqsədyönlü və əlaqələndirilmiş iş aparır: "Bu məqsədlə biz BMT, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla daim qarşılıqlı əlaqədəyik".

O, Rusiya silahlı qüvvələrinin Mariupoldan Berdyanska aparan humanitar dəhliz açacağını və əcnəbi vətəndaşların təxliyəsi üçün sükut rejiminə zəmanət verəcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026