• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiya-Ukrayna razılaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

İQTİSADİYYAT

19 Mart 2025 | 11:53

Rusiya-Ukrayna razılaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

Rusiya və Ukrayna arasında mümkün razılaşma təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadiyyatına təsir edə bilər.

Bəs, bu razılaşmanın baş tutması Azərbaycan və region ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında sülh və ya atəşkəs əldə edilərsə, bu, qlobal iqtisadiyyata, region iqtisadiyyatına birbaşa təsir göstərəcək.

Vüqar Bayramov: Azərbaycan hər iki ölkə ilə iqtisadi əməkdaşlığa malikdir

V.Bayramovun sözlərinə görə, həm regionda, həm də dünya iqtisadiyyatında Rusiya-Ukrayna müharibəsi qiymətlərin artması ilə yadda qalıb və bəzi məhsulların qıtlığının yaranması ilə müşahidə olunub:

“Bu istiqamətdə razılıq əldə olunarsa, bu, bir tərəfdən həm Rusiya, Ukrayna iqtisadiyyatının stabilləşməsinə və təbii ki, orada yaşayan azərbaycanlıların da iş imkanlarının genişlənməsinə, gəlirlərin artmasına gətirib çıxaracaq. Eyni zamanda, Rusiya ilə ticarət tərəfdaşlığı edən ölkələrin də iqtisadiyyatlarına təsir göstərəcək”.

Deputat vurğulayıb ki, hər iki ölkə ərzaq məhsullarına olan tələbin ödənilməsində xüsusi paya malikdir. Dediyinə görə, razılaşma ərzaq bazarında qiymətlərin optimallaşmasına təsir göstərə bilər:

“Azərbaycan hər iki ölkə ilə iqtisadi əməkdaşlığa malikdir. Rusiya idxalımızda ən böyük tərəfdaşdır. Ukrayna ilə də ticarət əlaqələrimiz müharibədən öncə kifayət qədər böyük idi və bu kontekstdə təbii ki, region üçün belə bir anlaşmanın əldə edilməsi birmənalı şəkildə müsbət iqtisadi təsirlərə malik olacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR