• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Ukraynada hərbi gücünün 20 faizini İTİRİB

DÜNYA

09 Aprel 2022 | 12:00 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynada hərbi gücünün 20 faizini İTİRİB

Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib.

Bakıvaxtı.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib.

Bildirilib ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Vurğulanıb ki, aprelin 6-da onların sayı 30 olub. Belə çıxır, Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026