• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rusiyada “qanuni oğru” HƏBS EDİLİB

DÜNYA

08 Aprel 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

Rusiyada “qanuni oğru” HƏBS EDİLİB

Moskvanın Tverskoy Rayon Məhkəməsi qanuni oğru 50 yaşlı Teko Tbilisskini (Yakov İzmailov; adını və soyadını dəyişməzdən əvvəl – Teymuraz Faroyan) qiyabi həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. O, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) ittiham olunur və beynəlxalq axtarışa verilib.

"Məhkəmə Yakov İzmailovun Rusiya Federasiyası ərazisində saxlandığı andan həbs qətimkan tədbirinin seçilməsi və ya ekstradisiya edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məhkəmənin mətbuat xidmətindən bildirib.

Teko Tbilisski 2015-ci ildə heroin saxlamaqda təqsirli bilinib. 2018-ci ilə qədər xüsusi rejimli koloniyada saxlanılıb. Azadlığa çıxandan sonra adını və soyadını dəyişib. Müstəntiqlərin fikrincə, Teko Tbilisski 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR