• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Rusiyada yeni yoluxma dalğası gözlənilir 

CƏMİYYƏT

14 Aprel 2022 | 03:46 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada yeni yoluxma dalğası gözlənilir

Rusiya səhiyyə naziri Mixail Muraşko Rusiyada növbəti yoluxma dalğasının vaxtını açıqlayıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, o, infeksiyanın yüklsəlməsini iyunun sonu gözlədiklərini deyib.

"Biz digər ölkələrdə, Avropada və Çində yoluxmanın artmasını müşahidə edirik. O ölkələrin tibb işçiləri ilə mütəmadi imformasiya mübadiləsi var. Onlar deyir ki, xəstəlik sayında artım var.

Ona görə biz də hazırlaşmalıyıq. Düşünürəm ki, mayın sonundan artım olacaq. Çox şeylər bizim özümüzdən asılıdır. Yeni dalğanın gücü bizim ölkə olaraq revaksinasiya faizimizdən, sanitar normalara nə dərəcədə riayət etməyimizdən asılıdır".

Hazırda Rusiyada yoluxmanın enişi prosesidir, ölüm kəskin azalıb, lakin eyni vaxtda 200 min xəstə tibb müəssisələrindədir.

Qeyd edək ki, ÜST koronavirusun yeni XE ştammının yayıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026