• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Son 20 ilin ƏN SOYUQ MAY AYI 2003-cü ildə qeydə alınıb

CƏMİYYƏT

13 May 2022 | 16:39 | Müəllif: Qalib İbrahimoğlu

Son 20 ilin ƏN SOYUQ MAY AYI 2003-cü ildə qeydə alınıb

"Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə yüksək olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır".

Bakıvaxtı.az xəbər verir i, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Bakıda may ayında havanın temperaturu 5 dərəcə olub ki, bu da qış fəslinə xas olub.

U.Tağıyeva deyib ki, nə qədər iqlim dəyişikliyi qeydə alınsa da, havanın soyuq keçməsinin öz müsbət tərəfi də var: "Belə ki, yağıntıların çox olmasının uzun müddət çaylarda sululuğun artmasına təsiri olub. May ayında bütün ay üçün nəzərdə tutulan norma miqdarından artıq yağıntı qeydə alınıb. Bütövlükdə belə qeyri-sabit hava şəraiti illər ərzində baş verə bilir. İqlim dəyişmələrinin təzahürlərindən biri də müvafiq fəslə xas olmayan hadisələrin tez-tez baş verməsidir".

May ayında qar yağdığını da deyən U.Tağıyevanın sözlərinə görə, mayda qarlı hava 2012-ci ildə müşahidə olunub: "Bu il də mayın birinci ongünlüyündə qarın hündürlüyü həmin illə müqayisədə daha çox (18 sm) olub”, - deyə Xidmət rəisi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026