Mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib
Onun sözlərinə görə, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təşkilatlara xəbərdarlıq edilib.
"Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir" deyən Umayra Tağıyeva qeyd edib ki, növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək.
















