• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Rusiyadan Azərbaycana turist axını artır" - İlham Əliyev

SİYASƏT

18 Noyabr 2022 | 13:01

"Rusiyadan Azərbaycana turist axını artır" - İlham Əliyev

Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüş zamanı deyib.

“Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq”, - dövlət başçısı vurğulayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR