• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rusiya-Gürcüstan ticarətində kəskin azalma

DÜNYA

19 Mart 2024 | 13:58

Rusiya-Gürcüstan ticarətində kəskin azalma

2024-cü ilin ilk iki ayında Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi 12% azalaraq 410 milyon dollara yaxın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Yanvar-fevral aylarında Gürcüstandan Rusiyaya mal ixracının həcmi illik müqayisədə 24,5% azalaraq 96 milyon dollar, Rusiya mallarının idxalı isə 7,3% azalaraq 313 milyon dollardan bir qədər çox olub.

Qeyd edək ki, göstəricilərin azalmasına baxmayaraq, Rusiya ölkənin ümumi xarici ticarətində 13,9% payla Gürcüstanın ikinci ən böyük tərəfdaşıdır.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024