• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyanın təyyarəsi Şri-Lankada həbs edildi

DÜNYA

04 Iyun 2022 | 03:30 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın təyyarəsi Şri-Lankada həbs edildi

"Aeroflot"a məxsus təyyarə Şri-Lankada həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, İrlandiyanın "Celestial Aviation Trading Limited" lizinq şirkəti "Aeroflot"dan Kolombo məhkəməsinə şikayət edib. O, "Airbus A330"un yola düşməsinə qadağa qoyulmasını tələb edib və hakim gəminin iyunun 16-dək ölkədə saxlanmasına qərar verib.

Daha sonra Şri-Lanka hakimiyyəti təyyarəni ələ keçirib. Onun “Aeroflot”a qaytarılıb-qaytarılmaması iyunun 8-də keçiriləcək dinləmədə qərara alınacaq.

Məsələ burasındadır ki, bu tamamilə "Aeroflot" təyyarəsi deyil. Digər “Boeing” və “Airbus” kimi o da icarə əsasında idi və sanksiyalar tətbiq edildikdən sonra aviaşirkət təyyarəni icarəyə verənə qaytarmaqdan sadəcə imtina edib (avitravel.az). Odur ki, təyyarələrin həbsi və hətta ələ keçirilməsi gözlənilən bir perspektiv idi.

Beləliklə, "Aeroflot" yalnız Rusiyanın SSJ 100 təyyarəsi ilə həbs təhlükəsi olmadan xaricə uçuşları davam etdirə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026